HİSS qəzaya düşdü – VİDEO

"Hiss" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Röya Məmmədova "Mokko" markalı nəqliyyat vasitəsi ilə qəza törədib.

Olaylar.az busaat.az-a istinadən xəbər verir ki, sözügedən video sosial şəbəkədə yayılıb.

Hadisə arxada gedən "Mercedess" markalı avtomobilin qeydiyyat kamerası tərəfindən qeydə alınıb.

Görüntülərdə dönmə işığını yandırmayan sənətçi qəza şəraiti yaradaraq yolda üç avtomobilin toqquşmasına səbəb olub. Diqqət çəkən məqamlardan biri isə "Hiss"in avtomobilinin digər nəqliyyat vasitələrindən daha az ziyan dəyməsi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31