Avtomobil qaçıran çəxs saxlanıb

Ağsu Rayon Polis Şöbəsinə sentyabrın 4-də saat 23 radələrində şəhər ərazisindən şəhər sakini E.Hüseynova məxsus "VAZ-21074" markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub. DİN-dən "Olaylar"a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Gəgəli kənd sakini Z.Azayev müəyyən edilərək saxlanılıb. Ağsu RPŞ-də araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31