Qazi İcra Hakimiyyətinin qarşısında özünü YANDIRDI
18 Avqust 2022 14:05 SosialSamuxda qazi intihara cəhd edib.
Olaylar.az Unikal-a istinadən xəbər verir ki, hadisə Samux rayon İcra Hakimiyyətinin qarşısında qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü T. Abdullayev icranın qarşısında benzin törkərək özünü yandırıb.
Yanıq xəsarətləri alan T.Abdulayev Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edək ki, T.Abdullayevin 44 günlük vətən müharibəsinin qazisi olduğu bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31