Ağalı məktəbinə vakansiya seçiminə start verilir
17 Avqust 2022 15:26 SosialZəngilan rayonu Ağalı kənd tam orta məktəbinə müddətli müqavilə ilə vakansiya seçiminə start verilir.
Elm və Təhsil Nazirliyindən Olaylar.az-a verilən məlumata görə, vakansiya seçimində müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.
Müraciət etmək üçün aşağıdakı linkə daxil olaraq müvafiq məlumatları və vakansiyanı qeyd edərək sorğunu tamamlamaq lazımdır.
Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLScDMu4wn22kq0nf8EDTaZPfE26TkxWEv76ACvHaF1VskG0qUg/viewform?usp=pp_url
Vakansiya seçimi üçün son müraciət tarixi 19 avqust saat 18:00 müəyyən olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31