Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Kür çayında və Baş Mil-Muğan kollektorunda balıq ovlayan şəxslər saxlanılıb. "Olaylar"ın məlumatına görə,  Dövlət Ekoloji Təhlükəsizlik Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Neftçala və Salyan rayon sakinləri Cavanşir Quliyev və Salman Əhmədov olduğu müəyyən edilib."Eyni zamanda Xızı rayonu ərazisində ova cəhd edən Bakı şəhər sakinləri Elşad Əyyubov və Rəşad Kərimov saxlanılıb". B.Məhəmmədov qeyd edib ki, faktlarla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31