Rusiyada komaya düşən Vətən müharibəsi qazisi vəfat etdi
15 Avqust 2022 14:40 SosialBir müddət əvvəl Rusiyaya işləmək üçün gedən və orada böyrəklərində problem yaranan həmyerlimiz Elşən Həsənov vəfat edib.
Bu barədə onun qardaşı Məhərrəm Həsənov məlumat verib.
O qeyd edib ki, Elşən Həsənov Sankt-Peterburqun Puşkin regionunda özəl klinikalardan birində bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, E. Həsənov Vətən müharibəsi qazisi idi.
Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31