Əmək müqavilələrinin sayı 292 min vahid artıb
15 Avqust 2022 11:18 Sosial3 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun "ağardılması" və şəffaflılığın təmin edilməsi istiqamətində tədbirlər öz nəticəsini verib. Belə ki, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 292,1 min vahid artıb və bu il avqust ayının 1-nə 1 milyon 694,1 minə çatıb. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 261,1 min vahid artaraq 801,0 min olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31