Azərbaycanda daha 520 nəfər COVID-19-a yoluxub, ölən olmayıb
12 Avqust 2022 16:44 SosialAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 520 yeni yoluxma faktı qeydə alınıb, 518 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Olaylar.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 804 165 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 791 203 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 194 nəfərdir.
Ölkədə son sutka ərzində 3 446, hazırkı dövrədək isə 7 088 294 test aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31