“TikTok”da özünü hərbçi kimi təqdim edən qadınla bağlı- RƏSMİ AÇIQLAMA
8 Avqust 2022 12:53 SosialMüdafiə Nazirliyi sosial şəbəkələrdə hərbi qulluqçu adından paylaşım edən vətəndaşla bağlı açıqlama yayıb.
Olaylar.az xəbər verir ki, açıqlamada deyilir:
"Sosial şəbəkələrdə özünü Hərbi Polis əməkdaşı olaraq hərbi geyim formasından və fərqlənmə nişanlarından istifadə edərək müxtəlif zabit rütbələri ilə "Gülər Məmmədova" adı altında "hərbi226" hesabından paylaşımlar edən vətəndaşın Azərbaycan Ordusuna heç bir aidiyyəti yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31