Bakıda tuneldə “Prado” aşdı - FOTO

Bu gün səhər saatlarında Sabunçu rayonunda ağır yol qəzası baş verib.

Novxanı-Bilgəh yolunun Pirşağıdan keçən hissəsindəki tuneldə "Toyota Prado" markalı avtomobil aşıb.

Yağış səbəbindən sürüşkənləşmiş yolda idarəetmədən çıxan minik avtomobil tunelin divarına çırpılıb və bir qədər süründükdən sonra aşıb.

Hadisə nəticəsində sürücünün ağır xəsarət aldığı bildirilir.

sfera.az

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31