Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilir - ÜNVANLAR

Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir.

QMİ-dən  verilən məlumata görə, son illər məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunələrindən biridir.

Məhərrəmlik ayının Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanları diqqətinizə çatdırırıq:

Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı

Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı

Nizami rayonu Şah Abbas" məscidi

Səbail rayonu Bibiheybət məscid ziyarətgahı

Suraxanı rayonu Qaraçuxur məscidi

Yasamal rayonu "Təzə Pir" məscidi

Ümumilikdə, qanvermə aksiyaları 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31