Liviyada girovluqda olmuş azərbaycanlı Bakıya qayıtdıqdan sonra İNTİHAR ETDİ
8 Avqust 2022 11:10 SosialBakıda intihar hadisəsi baş verib.
Hadisə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1978-ci il təvəllüdlü Əliyev Fərid Hüseyn oğlu yaşadığı evin həyətində özünü asıb.
Fərid Əliyev Türkiyə şirkətinə məxsus gəmidə mühərrik ustası vəzifəsində çalışıb.
O, bir neçə il əvvəl Liviyada girov götürülüb. Təzəlikcə girovluqdan xilas olan F.Əliyev Azərbaycana qayıdıb.
Fərid Əliyevin girovluqda olduğu zaman keçirdiyi psixi pozğunluq nəticəsində özünə qəsd etdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31