Bakının bəzi qəsəbələrində su kəsiləcək

Sabah Bakının Bülbülə və Əmircan qəsəbələrində su kəsiləcək.

Olaylar.az bildirir ki, bu barədə "Azərsu" ASC-dən bildirilib.

Bildirilib ki, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 7 avqust 2022-ci il tarixində gün ərzində Suraxanı rayonu Bülbülə və Əmircan qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31