Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlandı
6 Avqust 2022 18:49 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 452 yeni yoluxma faktı qeydə alınıb, 403 nəfər müalicə olunaraq sağalıb.
Olaylara.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 5 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 801 470 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 788 612 nəfər müalicə olunaraq sağalıb, 9 760 nəfər vəfat edib, aktiv xəstə sayı 3098 nəfərdir.
Ölkədə son sutka ərzində 3 750, hazırkı dövrədək isə 7 066 158 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31