Nazir Qubada şəhid ailəsini ziyarət edib
6 Avqust 2022 10:23 SosialRəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Quba rayonuna səfəri çərçivəsində şəhid ailəsini ziyarət edib.
"OLAYLAR" nazirliyə istinadən xəbər verir ki, nazir şəhid Mehdiyev Surxay Zülfü oğlunun ailə üzvləri ilə görüşüb, qayğıları ilə maraqlanıb.
Görüşdə yaxınları şəhidin Vətən müharibəsində keçdiyi döyüş yolundan danışıblar.
Süleyman İsmayılbəyli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31