Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlandı
5 Avqust 2022 20:01 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 540 yeni yoluxma faktı qeydə alınıb, 370 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 801 018 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 788 209 nəfər müalicə olunaraq sağalıb, 9 755 nəfər vəfat edib, aktiv xəstə sayı 3 054 nəfərdir.
Ölkədə son sutka ərzində 3 435, hazırkı dövrədək isə 7 062 408 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31