Jurnalist Müdafiə Nazirliyinə MÜRACİƏT ETDİ
5 Avqust 2022 19:32 SosialOlaylar.az bildirir ki, jurnalist Alçina Amilqızı şəxsi "Facebook" səhifəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edib.

Müraciətdə deyilir:
"Bu gün iki əsgər dünyasını dəyişib, biri isə xəsarət alıb, vəziyyəti ağırdır. Allah həlak olan oğullarımıza rəhmət eləsin, xəsarət alana isə tezliklə şəfa versin.
Çox maraqlıdır ki, niyə əsgər ölümü ilə bağlı xəbərlər Müdafiə Nazirliyinin rəsmi saytından deyill, ənənəyə çevrilmiş bir xəbər portalından alırıq. Hansı ki, o xəbər portalı məlumatı öz sorğusuna Müdafiə Nazirliyindən cavab olaraq verilmiş açıqlama kimi təqdim edir.
O xəbər portalı hardan bilə bilər ki, nə vaxt hansı ərazidə əsgər ölümü baş verib?
Bəllidir ki, özünüz verirsiz də...
Məlumatı həmin mənbəyə verənə qədər, öz rəsmi saytınızda yayın, media qurumları da rəsmi mənbəyə istinad etsinlər də...
Bu da təzə fəaliyyətdir?"