Peşə Festivalı gənclərin gələcək peşə sahibi olmasına şərait yaradacaq - Sahil Babayev

9 regionda keçirilən Peşə Festivalı əsasən gənclərin gələcək peşə sahibi olmasına şərait yaradacaq.

Olaylar.az bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən Peşə Festivalının bağlanış mərasimində deyib.

O bildirib ki, bu gün gənclərin günüdür: "Çünki gənclər gələcək peşələrini düşünüb seçməlidirlər. Azərbaycan gəncin, ahılın və hər birimizin dövlətidir. Dövlət hər zaman gənclərin yanındadır, yanında olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31