Nazirlər Kabineti Bakı Mühəndislik Universiteti ilə bağlı Qərar imzalayıb

Nazirlər Kabineti "Bakı Mühəndislik Universitetinin Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb.

Olaylar.az xəbər verir ki, bununla da "Bakı Mühəndislik Universitetinin Nizamnaməsi" təsdiq
edilir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll edəcək.

Qeyd edilir ki, bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə"nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31