Azərbaycanda meymunçiçəyi virusu qeydə alınıb? – RƏSMİ AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada indiyədək meymunçiçəyi ilə bağlı 780 yoluxma faktının qeydə alındığını açıqlayıb.

Mayın 13-dən iyunun 2-dək laboratoriyada təsdiqlənmiş 780 meymunçiçəyi hadisəsi qeydə alınıb. Yoluxma faktı əsasən 27 ölkədə özünü büruzə verib.

Maraqlıdır, Azərbaycanda necə, sözügedən xəstəliyə yoluxan varmı?

Mövcud sualla bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən məlumat verilib:

"Hazırda ölkədə meymunçiçəyi virusuna yoluxma ilə bağlı hadisə qeydə alınmayıb".

Xatırladaq ki, qeyd olunan xəstəliyə ən çox yoluxma faktı Böyük Britaniyada aşkar edilib - 207. Sonrakı yerlərdə İspaniya (156), Portuqaliya (138), Kanada (58), Almaniya (57), Fransa (33), Hollandiya (31), İtaliya (20), ABŞ (19) və Belçika (12) dayanır.

Qalan 17 ölkədə isə yoluxma hallarının sayı 10-u keçməyib.

sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31