Meymunçiçəyinin ən əsas fərqləndirici əlaməti: qasıq nahiyəsində....
3 İyun 2022 11:26 SosialMeymunçiçəyi çiçək qrupu xəstəliklərindənki oxşar əlamətlərə malikdir: səpkilər, qızdırma, əzələ ağrısı, baş ağrısı. Amma bir spesifik əlamət var ki, o ancaq meymunçiçəyinə xasdır.
İnfeksionist Fərrux Sədirov bu əlamətin limfoadenopatiya olduğunu deyib.
Həkim "Sabaha saxlamayaq" verilişində bildirib ki, boyun, üz, bədəndə limfa düyünlərinin çox şişməsi digər çiçək xəstəliklərində görülmür.
"Meymunçiçəyinə bir-iki spesifik əlamət də əlavə olunub: səpkilər qasıq nahiyəsində də görülür. Bu da yeni simptom kimi görülür.
Dünyada meymunçiçəyinə yoluxanların çoxu hemoseksuallardır, onlarda da qasıq nahiyəsində çiçək səpkiləri müşahidə olunub".
Bakupost.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31