Çimərliklər meymunçiçəyi virusuna yoluxma riskini artırır? - VİDEO
2 İyun 2022 16:08 SosialHazırda dünyanın bir sıra ölkələrində aşkarlanan meymunçiçəyi virusu çimərlik mövsümü yaxınlaşdıqca insanları daha çox narahat edir. Çünki bu xəstəliyin suçiçəyi infeksiyası ilə kliniki əlamətləri oxşar hesab olunur. Suçiçəyinin isə su hövzələrində yayılma riski daha çoxdur.
Həkim İnfeksionist Natiq Əliyev deyir ki, meymunçiçəyi hava-damcı yolu ilə yayılan infeksiyadır. Bu virusun su ilə digər şəxslərə ötürülmə ehtimalı yoxdur.
Natiq Əliyevin sözlərinə görə, digər viruslardan fərqli olaraq meymunçiçəyidən ölüm faizi olduqca aşağıdır. Buna baxmayaraq, virusa yoluxan xəstələrdə karantin müddəti ağır keçə bilər. İnfeksionist xəstəlikdən qorunmaq üçün əsas gigiyenik qaydalara riayət etməyi, çimərliklərdə ara məsafəsini qorumağı tövsiyə edir.
sfera