Dayanıqlı inkişaf sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycanda işgüzar səfərdə olan İtaliyanın Ekoloji Keçid Nazirliyinin Dövlət Katibi xanım Vannia Qava ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Olaylar"a bildirilib ki, görüşdə iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, yaşıl texnologiyaların tətbiqi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. Sonda dayanıqlı inkişaf sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31