Uşaqlar təkcə əlamətdar günlərdə deyil, hər zaman dövlətin diqqətindədirlər

Günümüzdə Azərbaycan dövləti elə bir səviyyədə inkişaf edib ki, cəmiyyətimizin bütün təbəqələri, 7-dən 77-yə demək olar ki, hər kəs bu inkişafdan, tərəqqidən yararlana bilir, onların da taleyinə ölkəmizin inkişafından pay düşür. Bununla kifayətlənməyən Azərbaycan dövləti və onun rəhbərliyi, şəxsən Prezident İlham Əliyev müntəzəm olaraq cəmiyyətin bu və ya digər təbəqəsinin daha yaxşı yaşaması, respublikamızın imkanlarından daha səmərəli istifadə etməsi üçün təqdirəlayiq addımlar atır, müxtəlif fərman və sərəncamlar imzalayır, dövlət proqramları qəbul edir. Bu mənada uşaqlar da Azərbaycan dövləti və onun rəhbərliyinin diqqətindən kənarda qalmır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət günümüzdə də onun siyasi varisi Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Təkcə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə deyil, eləcə də bütün zamanlarda uşaqlar dövlət və onun rəhbərliyi tərəfindən diqqətdə saxlanılır. Məkumat üçün qeyd edək ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Hüquqşünas Əli İbrahimov deyir ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Childrenchr("39")s Day) qeyd olunması qərara alınıb. Onun sözlərinə görə, əmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib: "Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir.  Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, "Uşaq hüquqları haqqında" qanun (1998-ci il 19 may)  və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib".

Hüquqşünas deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb: "Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunub. Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur".

Qeyd etmək yerinə düşər ki, uşaqlara diqqət və qayğı dövlətlə yanaşı, qeyri-dövlət təşkilatları tərəfindən də göstərilir. Xüsusilə bu sırada Heydər Əliyev Fondu və onun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, ölkənin birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini qeyd etmək lazımdır. Hələ Fonda rəhbərlik etdiyi günlərdən uşaqlara böyük qayğı və sevgi ilə yana.an Mehriban Əliyeva günümüzdə də bu nəcib missiyasını davam etdirir və təsadüfi deyil ki, Azərbaycan uşaqları Mehriban xanımı özlərinə ən doğma, əziz biri sayırlar.

Bu gün ulu öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31