“YAŞAT” idman düşərgəsi başa çatdı
1 İyun 2022 11:41 SosialQəbələdə təşkil olunan və 4 gün davam edən "YAŞAT" idman düşərgəsi başa çatdı. "OLAYLAR" xəbər verir ki, layihənin sonuncu günü uşaqlar "Qəbələnd" əyləncə mərkəzində maraqlı və əyləncə dolu vaxt keçirdilər. Onlara 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar hədiyyələr təqdim edildi.
Qeyd edək ki, layihə bu dəfə regionlardan - Kürdəmir, Balakən, Şəki, Qəbələ, Şamaxı və İmişlidən olan, idmana marağı olan şəhid övladlarını əhatə etdi.
Layihə "YAŞAT" Fondunun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Bank Respublikanın dəstəyi və "ASAN Könüllüləri" Təşkilatının tərəfdaşlığı ilə həyata keçirildi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31