"2 ay zamana ehtiyacım var" - Ağadadaş Ağayev

"Artıq xəstəliklə vidalaşdım. Amma 3-5 aydan bir gedirik müayinəyə".

Olaylar.az  axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev "Sözbaz" proqramında deyib. Xərçəngdən əziyyət çəkən müğənni artıq sağaldığını bildirib. 

Ağayev əlavə edib ki, hələ səhnəyə qayıtmağı düşünmür:

"Tamaşaçılar üçün darıxmışam. 8-ə yaxın mahnı yazmışam, musiqisi özümə aiddir. Onları ərsəyə gətirmək üçün mənə 2 ay zamana ehtiyacım var. Dinləyicilər zaman versin, qayıdacam".

Qeyd edək ki, müğənni bir neçə dəfə İstanbulda əməliyyat olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31