Bütün xəstəliklər icbari tibbi sığortaya daxil edilsin - Komitə sədri
31 May 2022 12:25 Sosialİcbari tibbi sığorta ilə bağlı xidmətlər zərfi genişlənsə də, əhali arasında ciddi tələfatlara səbəb olan xəstəliklər var ki, icbari tibbi sığorta ilə əhatə olunmayıb".
Olaylar xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Komitə sədri qeyd edib ki, onkoloji xəstliklər də icbari tibbi sığorta ilə əhatə olunmalıdır:"Onkoloji xəstəliklər dövlət proqramı ilə müalicə edilsə də, icbari tibbi sığortaya salınmayıb. Bu hökmən reallaşdırılmalıdır. Hesab edirəm ki, ümumilikdə bütün xəstəliklər icbari tibbi sığortaya əlavə edilməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31