ÜST-dən ŞAD XƏBƏR: pandemiya olmayacaq
31 May 2022 11:35 SosialÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, meymunçiçəyi xəstəliyinə yoluxma hallarının artması yeni pandemiyaya səbəb olmayacaq.
Bu barədə ÜST-nin Çiçək xəstəliyinə qarşı Fövqəladə Proqramından Rosamund Lyuis məlumat verib.
O qeyd edib ki, xəstəliyin heç bir əlaməti olmayan yoluxmuş insanların xəstəliyi adlaya biləcəyi hələ də məlum deyil.
May ayı ərzində Avropada və dünyanın digər yerlərində 300-dən çox təsdiqlənmiş və potensial meymunçiçəyi xəstəliyinə yoluxma halları qeydə alınıb.
Mütəxəssislərin fikrincə, xəstəlik əsasən cəmiyyətdə yayılır. Meymunçiçəyi isə asən hava-damcı yolu ilə, həm də xəstənin bədəninin ifraz etdiyi mayelərlə, qan və ya xoralarla təmasda olur.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31