Radara düşən YPX avtomobilinin cəriməsi başqasına gəldi - FOTO
31 May 2022 11:24 SosialAzərbaycanda Dövlət Yol Patrul Xidmətinin (YPX) avtomobili sürət həddini aşıb. Bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.
İmişli rayonun Bəhramtəpə qəsəbəsində sürət həddi 90 km/saat olan yolda 99-YP-978 dövlət nömrə nişanlı yol polisi avtomobili 129 km/saat sürəti ilə radara düşüb. Qəribəsi isə odur ki, bununla bağlı cərimə protokolu başqa şəxsə göndərilib.
Protokolda isə cərimənin 99-MP-978 dövlət nömrə nişanlı avtomobilə yazıldığı qeyd edilib.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31