Bakının mərkəzində iki avtomobil toqquşdu, hasar aşdı - FOTO
30 May 2022 10:50 SosialBakıda iki avtomobil toqquşub.
Hadisə səhər saatlarında paytaxtın Üzeyir Hacıbəyli küçəsində baş verib.
Belə ki, "Toyota Prius" ilə "Opel" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur. Qəza zamanı yol kənarındakı hasar aşıb, işıq dirəyi əyilib.
Hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31