"TEKNOFEST"-ə bileti olanların nəzərinə - Proqramda dəyişiklik var

28 may tarixi üzrə "TEKNOFEST Azərbaycan"a bilet əldə etmiş izləyicilərin nəzərinə: saat 20:30-dan sonra festivala daxil ola biləcəksiniz.

Olaylar.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbəbr verir ki, 28 may tarixi üzrə "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalının proqramında dəyişiklik edilib.

28 May - Müstəqillik Günü ilə əlaqədar festival çərçivəsində möhtəşəm konsert proqramı keçiriləcək.

Konsert saat 21:00-da başlayacaq və saat 23:00-da başa çatacaq.

Gün ərzində festival ərazisində hazırlıq işləri aparılacaq.

Bu gün üçün bilet əldə edən izləyicilər 20:30-da festivalın keçirildiyi əraziyə daxil ola biləcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31