Bakı metrosunda gənc qızın halı pisləşdi

Bakı metrosunun "Sahil" stansiyasında bir nəfərin halı pisləşib. 

Hadisə səhər saatlarında qeydə alınıb.

Belə ki, sərnişinlərdən biri metronun vestibülünə girərkən halının pis olduğunu deyib. 

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov açıqlama verib.

O bildirib ki, sərnişinin vəziyyətinin pisləşməsi metro ilə əlaqəli deyil:

"Sərnişin stansiyaya daxil olmamış vəziyyətinin yaxşı olmadığını deyib. Metropoliten əməkdaşları gənc xanım sərnişin üçün təcili tibbi yardım briqadası çağırıb. O, yaxınlıqdakı xəstəxanalardan birinə aparılıb. Sərnişinin huşu özündə olub".

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31