BDU-da Kitab festivalının açılış mərasimi keçirilib

Mayın  26-da  Bakı Dövlət Universitetinin həyətində I Türk Dünyası ədəbiyyatı  Kitab festivalının açılış mərasimi keçirilib.

Festivalda universitetin tələbə-müəllim heyəti, alimlər, mətbuat  nümayəndələri   iştirak edib.

I Türk Dünyası ədəbiyyatı  Kitab festivalında   nəşriyyat evləri ilə 46 kitab stendi qurulub.

Onlarla birlikdə məşhur olan "Kitabıstan", "Popilon", "qanun& Ali-Nino" "Beynəlxalq Rürk akademiyası", "Dünya Gənc Türk Yazarlar Birliyi", "Lipraff" da var idi.

Sərgidə  yazıçı-publisist Yunus Oğuzun kitabları da nümayiş olunub.

Yunus Oğuzun "Nadir Şah", "Çingiz Xan", "Uçurum", Səfəvi Şeyxi" tarixi romanları sevənlərinin  böyük marağına səbəb olub. 

Festivalda yazıçının   kitabları   tələbələrə  hədiyyə edilib.

Qeyd edək ki, festival 3 gün davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31