Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ baş verib.

Bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:45-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

Qeyd edilib ki, zəlzələnin maqnitudası 3.7, dərinliyi isə 59 kilometr olub.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31