AƏSMA-da tanış olub ailə quran cütlüklərlə görüş keçirilib - FOTO
23 May 2022 20:54 Sosial22.05.2022-ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ailə təməlini Akademiyada atmış məzunlarla görüş təşkil olunmuşdur.
Görüş zamanı məzunlar təhsil aldıqları auditoriyaları, kitabxananı ziyarət etmiş, daha sonra çay süfrəsi arxasında müəllimləri ilə görüşərək öz xatirələrini bölüşmüşdür. Akademiyanın rektoru prof. Hüseyn Qaraşov məzunlarla görüşdən məmnunluğunu dilə gətirərək, rəhbərlik tərəfindən hər zaman onlara diqqət və qayğının göstərildiyindən bəhs etmişdir.
Sonda məzunlarla xatirə şəkli çəkilmişdir.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31