Azərbaycanda ağır qəza: Ölən və yaralananlar var
16 May 2022 13:20 SosialQəbələdə ağır yol-nəqliyyat hadisəsi olub.
Hadisə Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonu Böyük Əmili kəndi ərazisindən keçən hissəsində baş verib.
Rayonun Savalan kənd sakini Kamil Xasıyevin idarə etdiyi "Opel" markalı avtomobillə Afiq Mahmudovun idarə etdiyi VAZ-2106 markalı avtomobillər toqquşub.
Nəticədə Afiq Mahmudov və VAZ-dakı sərnişin, 44 yaşlı Böyük Əmili kənd sakini Cumar Mirzəliyev hadisə yerində ölüb. "Opel" markalı avtomobilin sürücüsü Kamil Xasıyev və sərnişinləri - Mehriban və Arzu Xasıyevalar, eləcə də iki azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31