Azərbaycan Dağ Yəhudiləri İcmasının keçmiş lideri vəfat edib - FOTO
16 May 2022 11:20 SosialAzərbaycan Dağ Yəhudiləri İcmasının keçmiş lideri Semyon Borisoviç İxiilov vəfat edib.
İsrailin Azərbaycandakı səfiri Corc Dik bununla bağlı "Twitter" hesabında paylaşım edib.
"Bu gün səhər Bakıdakı müsəlman, xristian və yəhudi icmalarının rəhbərləri ilə birlikdə Azərbaycan Dağ Yəhudiləri İcmasının keçmiş lideri, cənab Semyon Borisoviç İxiilov son mənzilə yola salırıq. Allah rəhmət eləsin", - deyə İsrail səfiri qeyd edib.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31