Bakıdan Naxçıvana uçan təyyarə eniş edə bilmədi

"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.Olaylar.az  xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.Təyyarə saat 08:37-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31