Yunus Oğuzun şagirdlərlə görüşü keçirilib
16 Mart 2022 14:50 SosialBakı Şəhəri Sabunçu Rayonu Rixard Zorge adına 90 nömrəli tam orta məktəbdə yazıçı-publisist Yunus Oğuzla görüş keçirilib.
Olaylar.az xəbər verir ki, məktəbin direktoru Svetlana Nəbiyeva, kitabxana müdiri Minayə Əzimova və məktəbin Azərbaycan dili - Ədəbiyyat müəllimi Vəsilə Həsənovanın təşəbbüsü ilə keçirilən görüşdə Yunus Oğuzla yanaşı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova da iştirak edib.
Dövlət himni səsləndikdən sonra, tədbir Yunus Oğuzun həyat və yaradıcılığına həsr olunmuş videoçarx ilə başlayıb. Məktəb şagirdlərinin və rəhbərliyin çıxışından sonra söz Yunus Oğuza verilib. Daha sonra şagirdlər suallar veriblər. Tədbir şagirdlərdən birinin milli rəqsi ilə başa çatıb.
Sonda Yunus Oğuza məktəb direktoru tərəfindən hədiyyə təqdim edilib və xatirə şəkli çəkilib.
![]()
![]()
![]()