Yunus Oğuzun tələbələrlə görüşü keçirilib- FOTOLAR
9 Dekabr 2021 16:33 Sosial9 dekabr 2021 ci il tarixində Bakı Slavyan Universitetində Azərbaycan Filologiyası fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı, dos. Günay Qarayevanın moderatorluğu ilə tarixi romanlar ustası Yunus Oğuzla tələbələrin görüşü keçirilmişdir. Görüşdə fil.f.d Elnarə Qaragözovanın Yunus Oğuzun yaradıcılığı ilə bağlı məruzəsi dinlənilmiş, fakültə dekanı prof. Eldar Piriyev, dos. Fərrux Məmmədov yazarın geniş spektrli yaradıcılığından söz açmışlar. Görüşün sonunda Yunus Oğuz müəllifi olduğu romanları imzalayaraq tələbələrə hədiyyə etmişdir.





Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31