“Oliqarxlar insanlarla siçan-pişik oyunu oynayır” – Pirşağıda çimərliyi hasarlayanlar yorulmaq bilmir

"Pirşağıdakı bahalı villa sahibləri yerli sakinlər və istirahətə gələn insanlarla siçan-pişik oyununu davam etdirir".

Olaylar.az bildirir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, villa sahibləri dənizə qədər hasarlar tikmişdilər:

"Villa sahibləri məcbur qalıb, dəmir hasarları yığışdırdılar, ancaq dözməyərək bir müddət sonra yenə dənizə girişləri betonlarla hasarladılar. Mübarizə davam etdiyindən oliqarxlar beton hasarları sökmək məcburiyyətində qaldılar. Üstəgəl Pirşağıda ictimai çimərlik çalışmaları getdiyindən və Prezident də bir neçə ay əvvəl kəndə gələrək yenidərquma işlərinə start verdiyindən düşünmək olardı ki, bahalı villa sahibləri bu dəfə "dənizi hasarlarla bağlayacam" siyasətlərinə son verəcəklər. Ancaq villa sahibləri olan oliqarxlar bu dəfə də "sübut etdilər" ki, onlar hamıdan güclüdürlər". sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31