Həkimdən bədbin proqnoz: IV dalğanın başlaması istisna deyil/ VİDEO
6 İyul 2021 11:31 SosialKoronavirusun IV dalğasının bütün dünyada başlaması istisna deyil.
Olaylar.az xəbər verir ki, bunu "ARB Xəbər"ə açıqlamasında həkim Adil Qeybulla deyib. O bildirib ki, mütəxəssislər bu dalğanın ağır, hətta yeni növ pandemiyanın başlanğıcı kimi qiymətləndirirlər.
Həmçinin həkim onu da qeyd edib ki, peyvənddən 6 ay sonra immunitet zəiflədiyi üçün dəstək məqsədilə III dozanın vurulması məqsədəuyğundur:
"III doza tam doza vurulmalıdır və onun eyni şirkətə məxsus olması daha yaxşı hal olardı. Bu, mümkün olmazsa, digər vaksinləri də vurdurmaq olar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31