Türkiyəli qonaqlar Hərbi Qənimətlər Parkında olacaqlar

Türkiyə Ədliyyə Akademiyasının rektoru Muhittin Özdemir rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra görüşlər keçirəcək. "Olaylar" xəbər verir ki, nümayəndə heyəti səfər çərçivəsində rəsmi görüşlər keçirmələri də planlaşdırılır. Qonaqlar həmçinin ölkəmizin müasir məhkəmə infrastrukturu, o cümlədən yeni istifadəyə verilmiş Suraxanı Rayon Məhkəməsinin müasir binası və elektron məhkəmə sistemi, Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi ASAN mərkəzinin fəaliyyəti, eyni zamanda Heydər Əliyev Mərkəzi, Vətən müharibəsində xalqımızın Böyük Qələbəsinin və ordumuzun qəhrəmanlığının təcəssümü olan Hərbi Qənimətlər Parkı, eləcə də paytaxtın mədəni və tarixi abidələri ilə tanışlığı nəzərdə tutulur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31