Ağgöl və Şirvan milli parklarında əyləncəli tədbir keçirilib

Ağgöl və Şirvan milli parklarının yaranması günü ilə əlaqədar hər iki milli parkda 5 iyul 2021-ci il tarixində müxtəlif əyləncəli və rəngarəng tədbirlər həyata keçirilib. Ekologiya və Təbii Sərvətlət Nazirliyindən "Olaylar"a bildirilib ki, Ağgöl milli parkını ziyarət edən turistlər göldə qayıqla səyahət edərək quşları və ceyranları müşahidə edib. Milli parkla tanış olmağa gələn azyaşlı uşaqlar isə açıq havada onlar üçün yaradılmış guşədə təbiət rəsmləri çəkiblər. Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib. O qeyd edib ki, Şirvan milli parkında isə ziyarətçilər üçün ceyranları müşahidə məqsədilə safari tur və atla gəzinti təşkil edilib, eyni zamanda dulusçuluq əsərlərinin, yerli xalçaların nümayişi həyata keçirilib.

Xatırladaq ki, Ağgöl və Şirvan milli parkları 5 iyul 2003-cü ildə su-bataqlıq ekosisteminin mühafizəsi, köçəri və oturaq quş növlərinin, ceyranların qorunması məqsədilə yaradılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31