“Ford” yolu keçən kişini vurub öldürdü
1 İyul 2021 16:19 SosialAbşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a bildirilib ki, iyunun 30-da saat 23 radələrində Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində İmişli rayon sakini Ə.İbişov idarə etdiyi "Ford" markalı avtomobillə yolu keçən 35-40 yaşlı kişini vurmuşdur. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31