Rəşad Məcidə yeni vəzifə verildi
1 İyul 2021 16:13 SosialAzərbaycan Yazıçılar Birliyində (AYB) yeni kadr təyinatları olub.
Olaylar.az xəbər verir ki, AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza "Report"a bildirib ki, Rəşad Məcid AYB sədrinin müavini, Elçin Hüseynbəyli və Səlim Babullaoğlu birliyin katibləri təyin olunublar.
Onun sözlərinə görə, bundan əlavə, Sayman Aruz AYB sədrinin müşaviri təyin edilib.
Qeyd edək ki, daha əvvəl R.Məcid təşkilatda gənclər üzrə katib, E.Hüseynbəyli sədrin müşaviri, Səlim Babullaoğlu isə Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin vəzifəsində çalışıb. S.Aruz isə Güney Azərbaycan komissiyasının sədri olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31