2800-dən çox məhkuma elektron qolbaq tətbiq edilib

Cari ildə azadlığın məhdudlaşdırılması və digər alternativ cəzalara məhkum olunmuş şəxslərə 2.800-dən çox elektron qolbaq tətbiq edilib. Bu barədə Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumatda bildirilib. Qeyd edilib ki, həmin cəzaların icrasının daha səmərəli təşkili və nəzarətin gücləndirilməsi məqsədilə Bakı şəhər probasiya idarəsi yaradılaraq fəaliyyətə başlayıb. Bundan əlavə, birinci yarımildə Məhkəmə Ekspertizası Mərkəzində 41 ekspert ixtisası üzrə 13 mindən artıq işə baxılıb, 348 minə yaxın tədqiqat obyekti üzrə müvafiq rəylər verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31