Bakıda 22 yaşlı gənc çimərlikdə boğuldu

Şüvəlan çimərliyində boğulma hadisəsi olub.

Olaylar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazi) batan 1999-cu il təvəllüdlü Xəlilov Rəşad Habil oğlunun axtarışları başa çatıb.

R.Xəlilovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31