2 milyon pulu ölkədən çıxarmaq istəyən Azərbaycan vətəndaşı saxlanılıb

Rusiyanın Rostov hava limanı "Platov"da 2 milyon rublu ölkədən gizli şəkildə çıxarmağa cəhd edən 27 yaşlı Azərbaycan vətəndaşı barəsində inzibati iş açılıb.

Mövcud Rusiya qanunvericiliyinə görə, bəyannamə tərtib edilmədən ölkədən təxminən 720 min rubl  (10 min ABŞ dolları həcmndə) pul çıxarıla bilər.

Rostov gömrükxanasından jurnalistlərə verilən məlumata görə, həmin şəxs "yaşıl" dəhlizlə keçib, lakin yoxlama zamanı onda 2 milyon rubl həcmində böyük məbləğ aşkarlanıb. Qaydanı pozan şəxsə qarşı inzibati xəta törətməsi ilə bağlı protokol tərtib edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31