Bakıda daha iki marşrutda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək
28 İyun 2021 15:44 SosialSabahdan 208 və 209 nömrəli marşrut xətti (Bakıxanov d/st. - Suraxanı qəs.) üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
"Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA" marketlərdə "BakıKart" balansının artırılması üçün POS-terminallar quraşdırılıb", - məlumatda qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31